Ömrün sahibi – vaxtın da sahibidir - kitab

Ömrün sahibi – vaxtın da sahibidir - kitab
KÖŞƏ
22:23 21.12.2011
2012
İşıqlı Atalı, Asif Ata Ocağının Yükümlüsü Ömrün sahibi – vaxtın da sahibidir Oktay Hasımusalının «Bu vaxtın sahibi» kitabı haqqında Bu gün dünyada yığcam yazılara meyil artıb. Bu, indi insanların halında yaranan «atüstülük» əhvalı ilə bağlıdır. İndi hamı məğzə, mahiyyətə tez çatmaq istəyir. Başqa yandan da dünyanın nəyi varsa, ortadadır. İndi yeni söz demək olduqca çətinləşib. *** İnsanın ruhani (mənəvi) dünyası indiyə kimi açılmamış, kəşf olunmamış qalıb. Hər bir kəsin özünün aça, var ola, başqalarını var edə biləcəyi dünyadır o. De gəl, çoxları bu duyğuları nəinki yaşaya bilmir, habelə həmin qarışıq, yarıuğurlu, yarıməğlub məqamları kağıza köçürməyi ağlına belə gətirmir. Ədəbiyyatın gərəkliyi belədə daha çox bilinir. Ancaq ədəbiyyatın həqiqət üstə var olması gərəkdir ki, yazılan əsərlər gözəl ömürlər yaratmağa xidmət etsin. *** İnsanların Həqiqət axtarışları isə tükənmir. Oktay Hacımusalının «Bu vaxtın sahibi» kitabı özünə, insanlara, həyata, dünyaya münasibətinin ilkin mərhələsidir. Bu yanaşmanın yetkin ifadəsi isə hələ qarşıdadır. *** İnsan həyatı niyə sevir? Niyə bu qədər əzablarla dolu dünyada yaşamaq şirindir? Çünki həyat görünəndən artıqdır. İnsanın imkanları görünəndən, bilinəndən artıqdır və o, hər cür çıxılmazlığa baxmayaraq özünü təsdiq etmək istəyir... Oktayın kitabı canlı qeydlərə əsaslandığı dərəcədə də bədiiyyatlıdır. Hiss olunur ki, həyat hadisələri daha çox rəmziləşib, pünhanlaşıb. Elə məqamlar var ki, oxucu üçün sirlidir. *** Azərbaycanda Asif Ataya qədər Həqiqətçiliyə əsaslanmaqla gündəlik yazmaq ənənəsi olmayıb. Asif Atanın gündəliklərini sovet dönəmində DTK apardı. Hesab edirəm ki, Asif Atadan sonra yalnız Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh bu cür Həqiqət üstə gündəlik yazmaq örnəyi yaradıb. *** «Bu vaxtın sahibi»ndə cavanlıq odu, həyat qaynarlığı, səhvlərlə, acıqla, tərəddüdlərlə, həm də dəli-dolu, inadlı yaşam var. Etirafları isə Oktayın kövrək özünü ifadəsi saymaq olar. *** İnsanın özüylə üz-üzə qalması çox çətindir. Gündəlik yazmaq – bədii əsər yazmaq deyil. Bədii əsərdə yazıçı çox zaman hadisələri uydurur. Uydurmaq üçün burada geniş imkanlar olur və oxucu buna görə müəllifi qınamır. Ancaq gündəlikdə insan Həqiqətlə üz-üzə qalır, özünü ifadə edir. Gündəlik – uydurmasızlıqdır. Gündəlik həm də pünhanlıqdır. Ona görə də başqasının gündəliyinə girməkdən böyük qəbahət yoxdur. Bu üzdən də adətən gündəliklər müəllifin ölümündən sonra başqalarına çatır. *** Oktayın «Bu vaxtın sahibi»ndəki bədiiyyat manevrlərini anlamaq olar. Bu vaxtın sahibi kimdir? Vaxta bərabər olub zamanın yiyəsi sayılmaq mümkündürmü? Oktayın buradakı yazıları yaşanmış xatirələrdir. Xatirə isə ölmür, çünki onun mahiyyətində insanın zamandan üstünlüyü dayanır. *** İnam, etibar, aldanış, qarabasma yuxular, balaca insani münasibətlərdən darıxmaq, tıncıxmaq, özünü axtarmaq və tapmamaq, habelə insanın şəratiə uyğunluğu, qardaş nisgili, sevgi aldanışları... Ancaq Oktay duyur ki, həyatın bütün dəhşətlərinə baxmayaraq yaşamaq gözəldir. Sağ qalmaq inadı insanilk ümidi yaradır. Onun «Ömür azdır»-ideyasına gəlib çıxması ümidli yaşama doğru yaradıcı inadından xəbər verir. *** Oktay həyatın çətinliklərini az görməyib. Ancaq bundan sonrakı çətinlikləri daha çox olacaq. Əslində insanı var edən elə çətinlikdir. Gerçək əzabda fərəh yoxdur, həmin əzabın mənasında fərəh var. Bir an da olsun, ümidsizləşməmək. Zamanı aşmaq, zamana yiyə olmaq haqqına çatmaq! Zamanın ölçüsünü ölçü saymamaq, yalnız insanilik ölçüsünə əsaslanmaq. *** Kamil İnsan öz ömrünün sahibidir. Ona görə ömrün sahibi – vaxtın da sahibidir. Oktaya hər an çətinlikdən fərəh almağı, gerçəkliyi ötən, sabahı görən əsərlər yaratmağı diləyirəm. Atamız var olsun! 18 İnam günü, Sərt ayı, 33-cü il. (18 dekabr 2011). Atakənd.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib