BAKU AZƏRBAYCAN
8°C
euro 1.8398
dollar 1.7000
rubl 0.0224
lirə 0.2510

MSK daha dörd məntəqənin nəticələrini ləğv etdi

MSK daha dörd məntəqənin nəticələrini ləğv etdi
Seçki2020
21:57 21.02.2020
2881
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd Vüqar Məmmədovun müraciətinə baxılıb.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub.

Müraciət edən namizəd həmin dairə üzrə müxtəlif məntəqələrdə səsvermə günü pozuntuların olduğunu iddia edib.

İclasda vurğulanıb ki, müraciət araşdırılıb və 22 saylı Nəsimi ikinci seçki dairəsinin yalnız dörd seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyənləşdirilib.

Komissiya həmin dairənin 1, 11, 20 və 24 saylı seçki məntəqələrinin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib.

OXŞAR XƏBƏRLƏR