MSK daha iki məntəqənin nəticələrini etibarsız saydı

MSK daha iki məntəqənin nəticələrini etibarsız saydı
Seçki2024
20:39 23.02.2020
2733

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 67 saylı Cəlilabad şəhər seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

AZXEBER.COM-un məlumatına görə, MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğu iddia edilir.

"Araşdırmalar zamanı isə qeyd olunan pozuntu halları yalnız 10 və 29 saylı seçki məntəqələrində öz təsdiqini tapıb”, - deyə Tofiq Həsənov məlumat verib.

MSK qərara alıb ki, həmin məntəqələrin seçki nəticələri etibarsız sayılsın.

OXŞAR XƏBƏRLƏR