MSK-nın iclası keçirilib

MSK-nın iclası keçirilib
SİYASƏT
22:20 27.08.2013
1374

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın məlumatın görə, yığıncaqda MSK-nın 24 və 25 avqust 2013-cü il tarixli iclas protokolları təsdiq edilib.

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindənMSK-ya namizədliyi təqdim edilən Aydın Mirzəzadə məşvərətçi səs hüquqlu üzv kimi təsdiq olunub.

Sonra 105 saylı Tovuz seçki dairəsi komissiyasının tərkibinə dəyişiklik edilməsi məsələsinə də baxılıb və müvafiq qərarlar verilib.

İclasda bir sıra müraciətlərə də baxılıb.

Qeyd edək ki, ümumilikdə indiyədək 21 nəfərin namizədliyi irəli sürülüb, onlardan 17 nəfərin namizədliyi təsdiqlənib. İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, Elşən Həsənov, İsmayıl Yusifov, Qudrət İsaqov, İlyas İsmayılov, İlqar Məmmədovun (ReAL hərəkatı) namizədlikləri təsdiq olunub.

İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

OXŞAR XƏBƏRLƏR