MSK sabaha tam hazırdır

MSK sabaha tam hazırdır
SİYASƏT
16:31 10.04.2018
6800
Mərkəzi Seçki Komissiyası (MSK) sabah baş tutacaq prezident seçkilərinə artıq tam hazırdır.

AZXEBER.COM-un məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov qeyd edib ki, həm Azərbaycan daxilində, həm də Azərbaycan xaricində bütün seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb. MSK sədri bildirib ki, müşahidəçilərin çeşidi kifayət qədər genişdir və müşahidə aparmaqla bağlı heç bir müraciətə yox cavabı verilməyib: "Biz müşahidə aparmaq üçün bütün müraciətlərə müsbət cavab vermişik və bu da çox yaxşı cəhətdir”.
OXŞAR XƏBƏRLƏR