MSK Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verir

MSK Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verir
SİYASƏT
16:06 17.03.2022
355
MSK-nın bu gün keçirilən iclasında VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
 
 MSK üzvləri hazırda məsələni müzakirə edirlər.

16:00

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

"Report”un xəbərinə görə, MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyinə 6 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1.MSK-nın 3 sentyabr 2021-ci il tarixli iclas protokolunun təsdiq edilməsi;

2. VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi;

3. "Azərbaycan vətəndaşlarının qanunvercilik təşəbbüsü hüququnda istifadə etməsi qaydası haqqında” qanunda nəzərdə tutulan sənəd nümunəsinin təsdiq edilməsi;

4. MSK-nın normativ xarakterli aktına dair;

5. Bəzi DSK-ların tərkibində dəyişiklik edilməsi;

6. Cari məsələlər.
OXŞAR XƏBƏRLƏR