MSK sədri: “Beynəlxalq təşkilatlar tərəfindən seçkilərə verilən rəy ümumilikdə müsbət olub"

MSK sədri: “Beynəlxalq təşkilatlar tərəfindən seçkilərə verilən rəy ümumilikdə müsbət olub"
Seçki2024
13:39 05.03.2020
2261

"Ümumilikdə beynəlxalq təşkilatlar tərəfindən seçkilərə verilən rəy müsbət olub”.

AZXEBER.COM-un məlumatına görə, bunu bu gün Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Pənahov bildirib ki, seçkiləri 59 beynəlxalq təşkilatdan 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi izləyib: "Ümumilikdə onlar tərəfindən Azərbaycanda 9 fevral seçkilərinin azad, demokratik şəraitdə keçməsi ilə bağlı rəy verilib. Yalnız ATƏT Demokratik Təsisatlar Bürosunun hesabatında bəzi məqamlar var idi. Bu da normaldır”.

OXŞAR XƏBƏRLƏR