MSK sədri deputatlarla əllə görüşmədi

MSK sədri deputatlarla əllə görüşmədi
SOSİAL
13:48 13.03.2020
1608
Milli Məclisin bu gün keçirilən iclasında deputatlara vəsiqələr təqdim edilib.

AZXEBER.COM sherg.az-a istinadən xəbər verir ki, vəsiqələri bu gün Milli Məclisin plenar iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edir.

Qeyd edək ki, M.Pənahov sənədləri təqdim edərkən deputatlarla əllə görüşməyib. Hətta bir neçə deputat ona əl uzatsa da, MSK sədri onların əlini havada qoyub və Milli Məclis üzvlərinə koronavirusa görə, əllə görüşməməyi tövsiyə edib.
OXŞAR XƏBƏRLƏR