MSK sədri: "Seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinin marağındayıq"

MSK sədri: "Seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinin marağındayıq"
SİYASƏT
15:04 11.10.2019
5405
Mərkəzi Seçki Komissiyası olaraq, bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin iştirak etməsinin marağındayıq.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərinə, adətən beynəlxalq müşahidəçilər az dəvət olunur: "Bələdiyyə seçkilərinə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi adlanan bir qurumun nümayəndələri gəlirlər. Biz həm də MSK tərəfindən Avropadakı həmkarlarımızı dəvət edirik ki, onlar gəlib buradakı seçkiləri müşahidə etsinlər.

Hesab edirəm ki, müşahidəçilər baxımından problem olmayacaq. Biz çalışacağıq ki, seçkilərdə maksimum dərəcədə beynəlxalq müşahidəçilər olsun".
OXŞAR XƏBƏRLƏR