Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
AZXEBER.COM-un xəbərinə görə, iclasda MSK-ya daxil olan müraciətlərə baxılıb. “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun MSK-da məşvərətçi səs hüquqlu komissiya üzvü təsdiq edilib, təşviqat qrupunun səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxslər qeydə alınıb.
Bundan başqa, “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri də MSK-da qeydiyyatdan keçiblər. Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Sonda cari məsələlərə baxılıb.
Xatırladaq ki, referendum sentyabrın 26-da keçiriləcək.