MTN ABŞ -ın terror xəbərdarlığına münasibət bildirdi

MARAQLI
08:26 03.05.2011
1717
Öz növbəsində isə ABŞ Dövlət Departamenti xaricdə yaşayan vətəndaşlarını terror təhlükəsi ilə bağlı xəbərdar edib. Dövlət Departamenti “Əl Qaidə” lideri Üsamə Bin Ladenin öldürülüməsi ilə bağlı vətəndaşlarını bir neçə gün ehtiyatlı olmağa çağırıb.

“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladenin öldürülməsi ilə əlaqədar Azərbaycanda təhlükəsizliyə qarşı yönələn mümkün təhdidlərin qarşısının alınması üzrə önləyici tədbirlər görülür. Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib. Üsamə bin Ladenin öldürülməsi ilə əlaqədar dünyada terror təhlükəsinin artması haqqında ABŞ -ın xəbərdarlığına münasibət bildirən A. Babayev vurğulayıb kı Azərbaycanın milli təhlükəsizliyinə, onun maraq və mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi öz səlahiyyətləri çərçivəsində zəruri qabaqlayıcı tədbirlər həyata keçirir və əməliyyat şəraiti nəzarət altındadır.

Amerika Birləşmiş Ştatlarının və qərb ölkələrinin Azərbaycandakı səfirliklərinin və diplomatik nümayəndəliklərin təhlükəsizliyi etibarlı şəkildə qorunur. Bu sözləri isə SİA-ya açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bildirib. Onun sözlərinə görə, səfirliklər, akreditə olunmuş diplomatik korpusları da daxil olmaqla, onların yerləşdiyi ərazi daim diqqət mərkəzindədir. Mühafizə tədbirləri yüksək səviyyədə təşkil olunub: “ Daxili İşlər Nazirliyi bu istiqamətdə üzərinə düşən vəzifənin öhdəsindən gəlir”.

OXŞAR XƏBƏRLƏR