MTN generalının məhkəməsi: "Evimi sataraq pulu onlara verdim"

MTN generalının məhkəməsi: "Evimi sataraq pulu onlara verdim"
SOSİAL
16:40 06.04.2017
855

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin( MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

 

Proses haqqında təqsirləndirilən Sübahir Qurbanovun vəkili Azər Tağıyev məlumat  verib.

 

Prosesdə SOCAR-da çalışan cinayət işi üzrə zərərçəkmiş şəxs  deyib. Elçin Kərimov dindirilib. O qeyd edib ki, onu və digər zərərçəkmiş İlham İbrahimovu nazirlikdə bir gün saxlayıblar: "MTN- Rüfət adlı şəxs məndən altı karatlıq brilliant tapmağımı xahiş elədi. Mən də qızıl alveri ilə məşğul olan tanışım İlhama dedim. İlhama mənə də dedi ki, onda həmin qızıldan var. Həmin qızılı İlhamdan almaq üçün 200 min dolları manata çevirmək üçün banka getdim. Bu zaman MTN əməkdaşları məni tutdu. Gördülər ki, günahım yoxdu azad etdilər".

 

Prosesdə daha bir zərərçəkən Zeynal Şəfiyev ifadə verib. O ifadəsində qeyd edib ki, MTN-də ona hədə qorxu gəlinib:  "2011-ci ildə məni tutub MTN-ə gətirdilər. Yalandan dedilər ki, biz də məlumat var, sən saxta qızıl satırsan. Həmin vaxt barəmdə cinayət  başlamamaq üçün pul tələb etdilər. Hədə-qorxu gəldilər. Evimi sataraq 12 min dollar pulu MTN əməkdaşlarına verdim".

 

Proses nahardan sonra davam edəcək.

 

Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri  - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

 

Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.///lent.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
21:14 15.08.2025
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
21:06 15.08.2025
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
20:54 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
20:48 15.08.2025
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
20:35 15.08.2025
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
20:29 15.08.2025
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
20:20 15.08.2025
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
20:14 15.08.2025
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
20:09 15.08.2025
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
19:51 15.08.2025
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
19:38 15.08.2025
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
Putin və Trampın görüşündən sonra Ukraynanın aqibəti necə olacaq? - AÇIQLAMA
19:24 15.08.2025
Putin və Trampın görüşündən sonra Ukraynanın aqibəti necə olacaq? - AÇIQLAMA
Tramp: Rusiya müharibəyə davam etsə, ciddi nəticələrlə üzləşəcək
19:21 15.08.2025
Tramp: Rusiya müharibəyə davam etsə, ciddi nəticələrlə üzləşəcək
İsveçdə məscid yaxınlığında atışma olub, bir neçə nəfər xəsarət alıb
19:10 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, bir neçə nəfər xəsarət alıb
Malidə bir qrup hərbi qulluqçu və bir fransız agent saxlanılıb
18:59 15.08.2025
Malidə bir qrup hərbi qulluqçu və bir fransız agent saxlanılıb
Argentinalı futbolçu 33 yaşında karyerasını bitirib
18:48 15.08.2025
Argentinalı futbolçu 33 yaşında karyerasını bitirib