Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin( MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Vəsatət təmin edilməyib.
Prokuror zərərçəkmiş Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun iclasdan uzaqlaşdırılmasını ilə bağlı vəsatət verib. O bildirib ki, Kamandar Nəsibov MTN generalı Akif Çovdarovun da müdafiəçisi olduğu üçün onun prosesdə iştirak etməsi düzgün deyil.
Vəsatət təmin edilib. Məhkəmədə yeni qoşulan vəkillər ittihamla tanış olmaq üçün vaxt istəyib. Vəsatət təmin olunub və məhkəmənin hazırlıq iclası fevralın 21-ə təyin edilib.
Məhkəmə başa çatdıqdan sonra barəsində həbs-qətimkan tədbiri seçilməyən general Natavan Mirvətova ondan açıqlama almaq istəyən jurnalistləri təhqir edib. O, ittihama münasibət bildirməyərək "rədd olun” deyib.
///Lent.az