MTN-in qalmaqallı agenti Moskvada həbs olundu - VİDEO

MTN-in qalmaqallı agenti Moskvada həbs olundu -  VİDEO
KRİMİNAL
15:39 12.02.2016
5286
Naxçıvan MTN-in (hazırda fəaliyyətinə xitam verilib) keçmiş əməkdaşı hesab edilən və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə beynəlxalq axtarışa verilən İbrahim Musayev Moskvada həbs olunub.
Fevralın 10-da Yeni Moskvanın Pervomaysk qəsəbəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan 23 yaşlı “Orta Asiya respublikası vətəndaşı” həbs olunub.
 
Məlumata əsasən həmin şəxs öz ölkəsinin ərazisində dələduzluq əməlləri törətməkdə şübhəli bilinir. Bundan əlavə onun Moskva regionunda da seriya dələduzluq əməlləri törətdiyinə dair ciddi şübhələr var.
İlkin məlumata əsasən bu şəxs qadınların etibarını qazanmaq və onların pullarını mənimsəmək üçün aşağıdakı sxemlə hərəkət edib: özünü xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edib və sübut üçün üzərind gəzdirdiyi “Makarov” tapançasının mulyajını göstərib. Sonra o qadınları 3 yaşlı qızı ilə tanış edərək uşaq üçün maddi yardım xahiş edib. Bu yolla aldığı pulları mənimsəyib. Hazırda saxlanılan şəxsin barəsində cinayət işinin qaldırılması məsələsi həll edilir. Saxlanılarkən bu şəxsin yanında azyaşlı qız uşağı da olub və uşaq tibbi müayinəyə göndərilib. Onun daha sonra vətəninə göndəriləcəyi bildirilir.
 
Rusiya DİN-in rəsmi məlumatında həmin şəxsin kimliyi və hansı ölkə vətəndaşı olduğu göstərilməsə də 360tv.ru portalı onun “Azərbaycan MTN-in keçmiş əməkdaşı olduğunu” yazıb, habelə saxlanılan şəxsin fotosunu və üzü görünməmək şərti ilə son videogörüntülərini də yayıb.
 
Sayt yazır ki, saxlanılan şəxs qadınları aldadaraq onların 2.5 milyon rubl pulunu mənimsəməkdə ittiham olunur. Polisdən bildiriblər ki, saxlanılan Azərbaycan vətəndaşıdır, ölkəsindən qaçıb və təqib olunduğunu iddia edərək siyasi sığınacaq istəyib. Bu şəxs Azərbaycandan qaçmasının səbəbi kimi guya “təsadüfən indi nazir olan nüfuzlu şəxsin yolunu maşınla kəsdiyini, bu səbəbdən həbs olunduğunu və 6 ay təcridxanada saxlanıldığını” göstərib. O, azadlığa çıxandan sonra dərhal Rusiyaya qaçdığını və siyasi sığınacaq almaq istədiyini deyib. Ancaq bu şəxsin sığınacaq almaq üçün sənədlərini verdiyi təsdiqlənmir.
Müstəntiqlərin versiyasına görə həmin şəxs imkanlı qadınlarla tanış olub, özünü xüsusi xidmət əməkdaşı kimi təqdim edib. Hansısa müddət sonra o, görüşə 3 yaşlı qızı ilə tanış olduğu qadının görüşünə gedib, “ürək dağlayan əhvalat” danışıb və maddi yardım xahiş edib. Qadınlar isə bir qayda olaraq onun xahişini rədd etməyiblər.
 
Saxlanılan şəxs isə başqa versiya danışır. Deyir ki, qadınlardan kimsə onunla ailə qurmaq istəyib. Rədd cavabı alanda bütün bu əhvalatlar baş verib. Guya ona vurulan həmin qadın polisə ərizə yazaraq 2.5 milyon rubl pulunun mənimsənildiyiyini deyib.
 
Bu süjetdə də saxlanılan şəxsin kimliyi göstərilmir. Ancaq fotodan məlum olur ki, söhbət 2013-cü ildə Azərbaycandan qaçan və bir müddət sonra Rusiyada üzə çıxıb Naxçıvan MTN-nin barəsində ifşaedici açıqlamalar verən İbrahim Musayevdən gedir. Həmin şəxsin adı Naxçıvan MTN-in təcridxanasında ölən Turac Babayevlə bağlı keçirdi və İbrahim Musayev iddia edirdi ki, ona Turac Babayevin arvadını ələ almaq tapşırığı verilmişdi. Habelə o, Turac Babayevin işgəncələrdən öldüyünün şahidi olduğunu deyirdi.
 
Naxçıvan MTN isə bəyanat yayaraq İ.Musayevin dələduz olduğunu və bu səbəbdən axtarıldığını açıqladı. Daha sonra Azərbaycan tərəfinin sorğusu ilə onu Rusiyanın Yaroslavl şəhərində saxlasalar da ekstradisiyası baş tutmamışdı. Və bir müddət sonra İ.Musayev Rusiya da hüquq-mühafizə orqanlarından gizlənmişdi.
virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda