MTRŞ-da yeni vəzifə yaradılacaq

MTRŞ-da yeni vəzifə yaradılacaq
MEDİA
16:55 30.04.2019
6846
Milli Televiziya və Radio Şurasında (MTRŞ) yeni vəzifə yaradılacaq.

AZXEBER.COM xəbər verir ki, bunu "Report”un sorğusuna cavab olaraq Şuranın Aparat rəhbəri Asəf Hacıyev deyib.

O bildirib ki, bu, MTRŞ sədrinin köməkçisi vəzifəsidir.

A.Hacıyev qeyd edib ki, həmin vəzifəni tutmaq üçün elan olunan daxili müsahibəyə sənəd qəbulu artıq başa çatıb: "Namizədlərlə bağlı məlumat Dövlət İmtahan Mərkəzinə təqdim olunub”.

Aparat rəhbəri qeyd edib ki, may ayının sonuna kimi MTRŞ sədrinə köməkçi təyin olunacaq.
OXŞAR XƏBƏRLƏR