MTRŞ-dan ATV-nin əməkdaşlarının döyülməsinə - Münasibət

MTRŞ-dan ATV-nin əməkdaşlarının döyülməsinə - Münasibət
MEDIA
12:45 06.06.2016
1260
“ATV-nin “Yoxlama” verilişi normal-maarifləndirici layihədir. Verilişin buraxılışlarını izləyərkən konsepsiyasının nədən ibarət olduğu ortaya çıxır. Bildiyimiz kimi, xarici televiziyalarda da bu tip verilişlər var və kifayət qədər baxımlı verilişlərdir”.
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O qeyd edib ki, “Yoxlama” verilişin monitorinqi zamanı hazırda qanunvericiliyin tələblərinin ciddi pozulması hallarına rast gəlinmir: “Lakin səs-küyə səbəb olan istənilən veriliş kimi, bu veriliş də xüsusi olaraq diqqətimizdədir. Verilişin buraxılışları izlənilir. Biz verilişə teleradio yayımı haqqında qanunvericiliyin prizmasından yanaşırıq. Lakin bir tamaşaçı kimi yanaşanda verilişin müsbət missiyası, istehlakçıların hüquqları baxımından müsbət mahiyyətini danmaq olmaz. Həm də onu da nəzərə almaq lazımdır ki, bu veriliş xeyli vaxtdır, efirdədir. Sahibkarlığın inkişafı baxımından problem yaratsaydı, müvafiq qurumların reaksiyası müşahidə olunardı”.
Qeyd edək ki, ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları Şamaxıda çəkiliş apardıqları zaman “Şamaxı” yeməkxanasında münaqişə yaşanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, iATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları “Şamaxı” yeməkxanasında oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV telekanalının əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıblar. Toplanmış material rayon prokurorluğuna göndərilib.
APA.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır
02:18 18.10.2026
Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır
16 yaşlı oğlanın gözündən diş çıxdı - Foto
02:08 18.10.2026
16 yaşlı oğlanın gözündən diş çıxdı - Foto
Tramp Rusiyaya qarşı yeni sanksiyalardan imtina edib
01:58 18.10.2026
Tramp Rusiyaya qarşı yeni sanksiyalardan imtina edib
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər