MTRŞ-dan Zaur Baxşəliyevə: Davranışlarına fikir ver

MTRŞ-dan Zaur Baxşəliyevə: Davranışlarına fikir ver
MAQAZİN
16:37 13.05.2014
11486
Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan "Məni yarımdan soruş" verilşində aparıcı Zaur Baxşəliyevin iştirakçıları aşağılaması ilə bağlı məsələyə münasibətini bildirib. 
Milli Televiziya və RadioŞurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Movqe.az-a açıqlamasında bildirib ki, aparıcıların efirdən iştirakçıları aşağılayan, şəxsiyyətini təhqir edən fikirlər səsləndirməsi yolverilməzdir: "Aparıcı efirdən belə bir hərəkətə yol verməməlidir. Heç bir halda iştirakçını təhqir etmək hüququ yoxdur aparıcıların. Aparıcılar efirdə danışıqlarına, hərəkətlərinə fikir verməlidirlər. Konkret bu məsələyə gəlincə, biz qarışıb həmin şəxsin hüququnu müdafiə edə bilmərik. Həmin şəxs şəxsiyyətinin təhqir olunduğunu hesab edirsə, məhkəməyə müraciət edə bilər. Bəlkə həmin şəxs bunu zarafat kimi qəbul edib. O da ola bilər. Ona görə də hər bir halda aşağılandığını hesab edən şəxs istəyirsə məhkəməyə müraciət edə bilər. Biz isə telekanallarda çalışan aparıcılara dəfələrlə tövsiyyə etmişik ki, bu kimi hallara yol verməsinlər. Davranışlarına, danışıqlarına fikir versinlər".Qeyd edək ki, ATV-də yayımlanan "Məni yarımdan soruş" verilşində aparıcı Zaur Baxşəliyev növbəti dəfə iştirakçıları təhqir edib. 
AZXEBER.COM xəbər portalında dünən yayımlanan xəbərdə bildirilirdi ki, verilişdə yarışan Elşən və Reyhanə cütlüyü aparıcı tərəfindən təhqir olunub. Belə ki, Zaur iştirakçıdan məşhur aktyor Lui De Fines haqda soruşub. Elşən isə cavabında onu tanımadığını deyib. Bu cavabdan təəcüblənən Zaur iştirakçıya "Sən nə gündəsən, ay bədbəxt" deyib. Daha sonra Lui De Fines haqda ona suallar ünvanlayıb və iştirakçını çıxılmaz vəziyyətə salıb. Maraqlıdır ki, Elşənin həyat yoldaşı da bütün bunları gülüşlə qarşılayıb. Zaurun iştirakçıları aşağılaması təkcə bununla kifayətlənməyib.O, verilişdə iştirak edən Qəhrəman və Tamellanı da təhqir edib. Belə ki, o iştirakçıya "yaxşı ki, sarı önlükdə yoldaşının qarşısına çıxmamısan, yoxsa səni bəyənməzdi" deyib. Kişi də cavabında deyib ki, bəli bəyənməzdi, ancaq o məni bəyənib. Bu cavabdan sonra Zaur Qəhrəmanı da təhqir edib: Guya indiki "vidin" yaxşıdır ki? İndi ondan da pis viddəsən" deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO