Sosial şəbəkələrdə "MTV Azərbaycan" telekanalının direktoru Həsən Abdullayevin işindən ayrılması ilə bağlı məlumat yayılıb.
AZXEBER.COM mövzu ilə bağlı Həsən Abdullayevlə əlaqə saxlayıb.
O yayılan məlumatı təkzib edib: "Bu məlumatlar yalandır”.
Qeyd edək ki, Həsən Abdullayev 2020-ci ildən "MTV Azərbaycan” telekanalına rəhbərlik edir. O bundan öncə ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışıb.










































