Müalicə mərkəzində faciə: Çoxlu sayda insan öldü

Müalicə mərkəzində faciə: Çoxlu sayda insan öldü
DÜNYA
12:52 03.11.2023
176
İranda narkoloji reabilitasiya klinikasında baş verən yanğın fəlakətə səbəb olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranın şimalında Gilan şəhərində narkoloji reabilitasiya klinikasında baş verən yanğında çoxlu insan həyatını itirib.

Səlahiyyətlilər alovların qəfildən binanı mühasirəyə alması nəticəsində ən azı 32 nəfərin həyatını itirdiyini açıqlayıb. 12 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Binaya ciddi ziyan dəyib, yanğının səbəbləri araşdırılır.

Ayşən
OXŞAR XƏBƏRLƏR