Müalicə olunmayan 10 xəstəlik – FOTO SİYAHI

SAĞLAMLIQ
01:13 02.01.2012
22006

Elm və texnologiya insan həyatının digər sahələrində olduğu kimi tibb sahəsində də böyük irəliləyişə nail olmuşdur. Lakin buna baxmayaraq tibb elmi heç də bütün xəstəlikləri müalicə edə bilmir. Bu xəstəliklər zamanı xəstənin vəziyyətini xeyli yaxşılaşdırmaq olsa da tam müalicəsi hələlik mümkün deyil.

AZXEBER.COM portalı "Aztibb.com"a istinadən həmin siyahını təqdim edir...

10. Polimielit

Əsasən uşaqlarda rast gəlinən sinir sisteminin virus xəstəliyidir və paraliclərlə, ətrafların deformasiyası ilə müşaiət olunan ağır patologiyadır. Bu xəstəliyə qarşı vaksin çox uğurlu olsa da yoluxduqdan sonra müalicə mümkün deyil.

9. Ebola virus qızdırması

Mərkəzi Afrikada rast gəlinən və ölümcül qızdırma ilə müşaiət olunan ağır xəstəlikdir. Simptomları qızartı, qızdırma və hemorragiyadır. Xəstələrdə psixi pozuntular da rast gəlinir.

8. Qrip

Çoxlarına yüngül gəlsə də bu xəstəlik də müalicə olunmur. Simptomları qızartı, qızdırma, baş ağrılarıdır. A, B, C tipli ortomiksoviruslar tərəfindən törədilir.

7. Qırmızı qurd eşənəyi

Autoimmun xəstəlik olub müxtəlif orqanların xronik iltihabını törədir.

6. Şəkərli diabet

Karbohidrat mübadilısinin pozulması ilə müşaiət olunan geniş yayılmış endokrin sistem xəstəliyidir. Xəstəliyin profilaktikası asan olsa da tam müalicəsi mümkün deyil.

5. Kreksfeldt-Ceykob xəstəliyi

Nadir xəstəliklərdən olub sinir sisteminə təsir edir. Əsasan 40-70 yaş arasında baş verir. Xəstəliyin simptomları psixi dəyişikliklər, demensiya, qeyri-iradi hərəkətlər və s.

4. QİÇS

Demək olar ki hamıya məlumdur ki, bu xəstəliyin də müalicəsi yoxdur. Xəstəlik yoluxucudur və immun sistemə təsir edərək onu məhv edir. İnsan heç vaxt bu xəstəlikdən ölmür, onun orqanizmi digər xəstəliklərə qarşı müqavimət mexanizmlərini məhv etməsindən ölür.

3. Astma

Astma tənəffüs yollarının xroniki iltihabi-allergik xəstəliyidir. Xəstələr müalicə zamanı xeyli müsbət dəyişiklik görsə də tam müalicə mümkün deyil.

2. Soyuqdəymə

Çox təəccüblüdür ki, belə adi xəstəliyin spesifik patogenetik müalicəsi yoxdur. Müxtəlif tipli viruslar tərəfindən törədilir. Müalicəsində isə ancaq simptomatik dərmanlar istifadə olunur.

1. Xərçəng

Genetik mutasiya nəticəsində orqan və toxumalarda meydana çıxan yad törəmələrdir. Orqanizmi müxtəlif mexanizmlərlə məhv edən bu xəstəliyin hələlik tam müalicəsi yoxdur.

Mühüm qeyd: Bu xəstəliklərdən hər hansı birinin sizdə və qohumlarınızda olması ölüm hökmü demək deyil. Hər bir fərd müxtəlif olduğu üçün yuxarıda qeyd olunan xəstəliklərin də inkişafı və müalicəsi fərqlidir və bəzən tamamilə müalicə oluna bilər. Yuxarıdakı məlumatlar ümumi populyasiyada statistikaya əsaslanaraq hazırlanmışdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb