'Muğam aləmi' III Beynəlxalq Muğam Festivalı ölkəmizə nə qazandırdı?

MƏDƏNİYYƏT
15:00 05.04.2013
2673

Xalqımızın həyatına bayramlar ayı kimi daxil olan mart ayı 2013-cü ildə də Azər-baycan musiqi mədəniyyəti üçün əlamətdar hadisələrlə təqvimə yazıldı. Məlum olduğu kimi şəhərimiz Novruz bayramının yaxınlaşdığı ərəfədə musiqi bayramının ab-havasına qərq oldu. Belə ki, 9-19 mart tarixində baş tutan “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının əks-sədası mədəni dəyərləri yüksək qiymətləndirən bütün ölkələrə yayıldı.

Belə möhtəşəm bir festivalın məhz bizim doğma məkanda keçirilməsi heç də təsadüfi deyil. Bu festival bütün türk dünyasına xas olan muğamın tacının Azərbaycanda olduğunu sübut edir.

Şərqin ən qədim musiqi janrı olan muğam sənəti zəngin mədəniyyətə malik olan qədim Azərbaycanın milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən etiraf olunmuş, muğam "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan edilmişdir.

YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, “Heydər Əliyev fondu”nun prezidenti Mehriban Əliyeva da daima muğam sənətini yüksək qiymətləndirərək,ona qayğı göstərir. Təsadüfi deyil ki, elə “Muğam aləmi” Beynəlxalq Festivalının prezidenti də məhz Mehriban xanımdır. Heydər Əliyev fondunun muğam sənətinin inkişafı naminə həyata keçirdiyi tədbirlər və hadisələr sırasında Bakıda Beynəlxalq Muğam Mərkəzi-nin yaradılması, muğam müsabiqələrinin təşkili, "Qarabağ xanəndələri" albomunun buraxılması, "Muğam" jurnalı, "Muğam ensiklopediyası"nın nəşri, "Azərbaycan muğamı" multimedia toplusunun hazırlanması mühüm addımlar olmuşdur. Mədəniy-yətimizin inkişafına xidmət göstərən belə tədbirlər sırasında “Muğam aləmi” layi-həsinin özünəməxsus yeri var.

İlk “Muğam aləmi” Beynəlxalq Muğam festivalı 2009-cu ildə,II festival isə 2011-ci ildə tənətənəli şəkildə həyata keçirilmişdir. Muğam həvəskarlarını, dinləyicilərini 2 il müddətində intizarda saxlayan festival yenə də öz qədəmləri ilə şəhərimizə qonaq ölkələrdən isti münasibətlər, xoş ünsiyyətlər, bayram əhval-ruhiyyəsi gətirdi.

“Heydər Əliyev Fondu”, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Muğam aləmi” III Beynəl-xalq Muğam festivalının səsi nəinki Bakıda, həmçinin Azərbaycanın bir sıra rayonlarında – Şamaxı, Lənkəran, Şirvan, Ağcabədi, Gəncə, Ağstafa, Qəbələ və Naxçıvanda da eşidildi. Festivalın səfalı bölgələrimizdə də baş tutması həm gələn qonaqların Azərbaycanı daha da yaxından tanımasına, həm də onların musiqisinin hər kəs tərəfindən dinlənilməsi və tanış olmalarına şərait yaratdı.

10 gün ərzində davam edən festival çərçivəsində Çin, Mərakeş, Türkiyə,Hindistan, Tunis, Liviya, İraq, Özbəkistan, Fransa, İran, Misir kimi ölkələrin muğam ifaçıları şəhərimizin qonaqları oldular. Festival daxilində üçlük – simpozium, müsabiqə və silsilə konsertlər “Muğam sənəti və onun qorunub, yaşadılması” ideyasını rəhbər tutaraq dinləyici və tamaşaçıları biri-birindən maraqlı tədbirlərdə bir araya topladı.

Bu dəfəki “Muğam aləmi” festivalı maraq doğuran faktlarla zəngin idi. Belə ki, Vətənimizə Şərqin və Qərbin zəngin mədəniyyətini birləşdirən İspaniya torpaqların-dan da qonaq təşrif buyurmuşdu.

“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən muğam festivalı da çox əhəmiyyətli olub, adı çəkilən ölkələrin şifahi ənənəli professional musiqisi ilə yaxından tanış olmağa şərait yaradır. Həmçinin şəhərimizin qonaqları da Azərbaycan muğam sənətinin mədəni dəyər olmasının canlı şahidi olurlar. Keçirilən bu festival yeni-yeni gənc muğam ifaçılarını üzə çıxarır, gələcək sənət yollarının işıqlandırılmasında mühüm əhəmiyyət kəsb edir.

Festival ərzində təşkil olunan simpoziumlarda da biri-birindən maraqlı mövzular səsləndi, çıxışlar edildi. Məruzəçilər təmsil etdiyi ölkənin muğam ənənəsi haqda danışaraq, onun başqa Şərq xalqlarının musiqisi ilə fərqli və oxşar cəhətlərini açır, ifaçılıqda istifadə olunan milli alətlər və s. mövzular ətrafında diskussiyalar aparılırdı.

Bütövlükdə “Muğam aləmi” Beynəlxalq muğam festivalı mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrilmiş, ayrı-ayrı xalqların nümayən-dələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq etmiş, xalqların daha da yaxınlaşmasına mühüm bir töhfə olmuşdur.

Şəhərimizdə qonaqların isti münasibətlə qarşılanması, onlara qarşı olan qonaqpər-vərlik əlbəttə ki, ev yiyəsi haqqında yalnız yüksək fikirlərin oyanmasına səbəb oldu. Yüksək mənəvi keyfiyyətlərdən savayı Azərbaycanın zəngin musiqi irsinə malik olmasına şahid olan qonaqlar öz ölkələrinə xoş təəssüratlar, unudulmaz anlar apardılar. Biz əminik ki, bu mədəni əlaqələr daima inkişaf edərək Azərbaycanın adını daha da yüksək zirvələrə qaldıracaq, bütün bəşəriyyət xalqımızın mədəniyyət tarixinə heyran qalacaqdır.

İki ildən sonra bu təəssüratlar, yaşanan gözəl hisslər bir daha yenilənəcək, qəlblərin dərinliklərində öz zəngulələrini vuracaqdır.Nuray ƏliyevaBakı Musiqi Akademiyasının Musiqişünaslıq ixtisasının III kurs tələbəsi

OXŞAR XƏBƏRLƏR