"Muğam öyrənir deyə, Nəfəsi heç kəs qınaya bilməz" - Əməkdar artistdən AÇIQLAMA

"Muğam öyrənir deyə, Nəfəsi heç kəs qınaya bilməz" - Əməkdar artistdən AÇIQLAMA
MAQAZİN
12:39 25.09.2025
193
"Bir işin nəticəsini görmədən, onun haqqında danışmaq olmaz. Amma Nəfəsin gözəl səsi var!"

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Əməkdar artist Təyyar Bayramov deyib.
 
Hazırda Nəfəsə muğam dərsi verən Əməkdar artist Nəfəsi qınayanlara cavab verib:
 
"Muğamı öyrənmək hamının borcudur, təki buna istəyi və bacarığı olsun. Nəfəsin də səsinin öz rəngi va. O, muğam dərsi alır deyə onu heç kim qınaya bilməz. Muğam bizim ana laylamızdır, onu hər kəs bilməlidir. Hər hansı bir müğənni muğam öyrənmək istəyirsə, buna heç kim mane ola bilməz. Amma onu qavramaq müğənninin özündən asılıdır. Bu elə bir şeydir ki, üzərində çalışıb özünü doğrultmaq lazımdır. O qədər ümüd bəslədiyim müğənnilər olub ki, onlar muğamı ifa edə bilməyiblər. O insanın özündən asılıdır. Əzm etmək, çalışmaq lazımdır. Biz müəllimlər hər hansı bir müğənnidə səsinin rəngini, ahəngini görə bilriik, mən də Nəfəsdə onu görmüşəm. Amma bundan sonra nəyi, necə oxuyacaq, onun özündən asılıdır. Bir işin nəticəsini görmədən, onun haqqında danışmaq olmaz. Amma Nəfəsin gözəl səsi var!"
 
Qeyd edək ki, müğənni Nəfəs Əməkdar artist Təyyar Bayramovdan muğam dərsləri almağa başlayıb.
 
Manaf Ağayev isə "Rəngarəng" verilişində "Nəfəs "Şahnaz" muğamını oxusa, mən bu sənətdən gedərəm" sözlərini söyləyib.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR