“Muğanbank” kürəkənindir, “Oksigen Klinikası” da həyat yoldaşımın”

“Muğanbank” kürəkənindir, “Oksigen Klinikası” da həyat yoldaşımın”
SOSİAL
23:07 17.07.2024
769
Ləğv prosesində olan "Muğanbank” ASC "Oksigen Klinikası”na qarşı məhkəmədə iddia qaldırıb. Bankın klinikaya qarşı qaldırdığı iddiası bir neçə gün öncə Bakı Kommersiya Məhkəməsinə daxil olub. İşin mahiyyəti isə kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır. Yerli mətbuatda həm bankın, həm də klinikanın Odlar Yurdu Universitetinin (OYU) hazırkı rektoru Əhməd Vəliyevə bağlı olması ilə bağlı mütəmadi olaraq məlumatlar dərc olunub. 

Çünki klinika kommersiya qurumu kimi dövlət reyestrində rektorun köməkçisi Həsənov Füzuli Abbas oğlunun qanuni təmsilçiliyi ilə dövlət qeydiyyatına alınıb. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Əhməd Vəliyev İqtisadiyyat.az-a müsahibəsində həm "Muğanbank”, həm də "Oksigen Klinikası”nın ona aid olub-olmaması ilə bağlı məlumatlara, indiyədək ictimaiyyət üçün qaranlıq qalmış bir sıra məqamlara aydınlıq gətirib.

- Əhməd müəllim, "Muğanbank”ın "Oksigen Klinikası”nı məhkəməyə verməsindən sonra yerli mətbuatda klinika barədə, klinikanın sizə aid olması barədə xəbərlər dərc edilib. Həmin materiallarla tanış olmusunuzmu?

- Yox, həmin xəbərləri izləməmişəm. Nə olacaq ki?! Kimin ağlına nə gəlirsə, onu da yazır. Fakta söykənməmiş yazılara fikir verməmək lazımdır. Yalan məlumatlardır. "Muğanbank” hara, "Oksigen Klinikası” hara?! "Oksigen Klinikasının "Muğanbank”dan nə asılılığı ola bilər ki?
- Asılılıqdan söhbət getmir. Məhkəmə predmeti kimi işin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
- Yox, yalan söz-söhbətlərdir. Amma mən sizdən bir məsələni dəqiqləşdirim: yazılıb ki, "Muğanbank” "Oksigen Klinikası”nı məhkəməyə verib, yoxsa əksinə?
- Məhkəmənin saytında məhz bankın klinikaya qarşı iddia qaldırdığı göstərilir.

- Boş şeylərdir. "Muğanbank” getsin, hələ öz başının milçəyini qorusun. "Oksigen Klinikası” ilə "Muğanbank”ın arasında nə bağlılıq ola bilər ki?
- Bağlılıq odur ki, klinikanın qanuni təmsilçisi olan Füzuli Həsənov sizin universitetdə köməkçinizdir. Doğrudurmu?

- Bəli, Füzuli Həsənov mənim köməkçimdir. Amma qanuni təmsilçi nə deməkdir? Əhməd müəllim ayaq üstə durursa, hansı təmsilçiliyə ehtiyac ola bilər? 
- Amma kommersiya qurumu qeydiyyatdan keçərkən onun qanuni təmsilçisi olmalıdır.

- Bu informasiyalarla bağlı məlumatı Füzuli Həsənov verib?

- Yox, Əhməd müəllim. Dövlət Vergi Xidmətinin saytında klinikanın qanuni təmsilçisi kimi Füzuli Həsənovun adı qeyd edilib.
- Xeyr, klinika onun adına deyil, yalan məlumatdır. 
- Bəs, klinika kimindir?

- "Oksigen Klinikası” mənim həyat yoldaşımındır, onun adınadır. Klinikanın binası da mənim adımadır. 
- Belə çıxır ki, qanuni təmsilçiliyi köməkçinizə etibar etmisiniz?

- Qanuni təmsilçi nəyə deyirlər bilirsinizmi? Zərurət yarananda bir adama etibarnamə verirsən ki, get filan sənədə imza at. Qanuni təmsilçinin nə səlahiyyəti var ki? Maliyyə, alqı-satqı və digər heç bir səlahiyyəti yoxdur. Qanuni təmsilçi sadəcə olaraq yaranan müəyyən işlərin - qaz, su, işıq və s. məsələlərin həlli ilə bağlı - dalınca getmək üçündür. 

- Bəs "Muğanbank”ın da sizə aid olmasına dair yayılan məlumatlara münasibətiniz necədir?
- Xeyr. "Muğanbank”ın nə mənə, nə də mənim övladlarıma heç bir aidiyyəti olmayıb. "Muğanbank” kürəkənindir. Onun da öz nəsli, öz kökü var. Yad bir adamdır. Bankın mənə nə aidiyyəti ola bilər ki? 30 ildir özü işləyib. Mənə aidiyyəti olsaydı, heç qoyardım ki, o düz işləməsin? Ona görə də mənə aidiyyəti olsaydı, belə bir problemlə qarşılaşmazdılar. 

- Əhməd müəllim, bəs sizə aid olanlar nədir? 

- Mənə aid olanlar universitetdir, kollecdir, orta məktəblərdir... Bunlar da başqa məsələdir. Bir ara yazırdılar ki, bütün banklar mənə bağlıdır. Dedim yazın, bütün banklar, özəl universitetlər mənə bağlıdır. 

- Əhməd müəllim, növbədənkənar parlament seçkilərində iştirak üçün nə əcəb namizədliyinizi irəli sürməmisiniz?
- Mənmi? Mənim 80-ə yaxın yaşım var. Bu yaşda deputatmı olum? Mən bu yaşda zorla gəzirəm. Belə parlament üzvü olarmı? Bu gün yol gənclərindir, orada gənclər oturmalıdır. 10 il deputat olmuşam və necə lazımdırsa, işləmişəm.

Qeyd edək ki, Əhməd Vəliyevin oğlu Samir Vəliyev 20 saylı Nərimanov ikinci seçki dairəsindən YAP-ın namizədidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi