“Muğanbank”ın əməkdaşının evini yardılar

“Muğanbank”ın əməkdaşının evini yardılar
SOSİAL
15:44 07.07.2017
959

 

Bakıda mənzildən oğurluq olub.

AZXEBER.COM-un report-a istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsində qeydə alınıb.

Həmin küçədəki evlərdən birində yaşayan Rəşad Göyüşovun mənzilindən 2 200 manat pul və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, Rəşad Göyüşov "Muğanbank”da çalışır. O, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri, Binəqədi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun oğludur.

OXŞAR XƏBƏRLƏR