Müasir gəncliyimizin aktual problemi - İşsizlik

Müasir gəncliyimizin aktual problemi - İşsizlik
KÖŞƏ
16:22 07.04.2024
220
Hər bir şəxs uşaq yaşlarından etibarən daha yaxşı bir gələcəyə sahib olmaq arzusunda olur. Lakin bu istəyi reallaşdırmaq üçün çıxılan yolda məğlub olanlar da var, özünə arzuladığı həyatı qurmaq üçün hər cürə əziyyətə sinə gərənlər də. 

Amma günümüzdə dünyadakı gənclərin bir çoxu işsizdir, və ya oxuduqları sahədə yox, daha aşağı maaşla istəmədikləri bir peşədə işləmək məcburiyyətində qalırlad. 

Bu da bədbin, həyat enerjisini itirmiş, psixoloji vəziyyəti get-gedə ağırlaşan nəsillərin formalaşmasına gətirib çıxarır.

Gənclərin işsizlik səbəbləri dünya miqyasında çox fərqli və dəyişkəndir, ancaq ümumi trendlərə baxdıqda bir neçə əsas mənbə tapmaq mümkündür:

1. Təhsil Sistemi və Təcrübə 

Tələbi: Bir çox ölkədə işverənlər təhsil səviyyəsi və təcrübə tələbi arasında bir uyğunlaşma olmadığını vurğulayır. Gənclər təhsil aldıqdan sonra işə başlamaqda çətinlik çəkə bilirlər, çünki təcrübələrini dəyərləndirən işə götürənlər çoxdur. Yəni işverənlər təcrübəyə üstünlük verir.

2. İqtisadi Yavaşlama və Sənaye Dəyişiklikləri: 

Bir çox ölkədə, ekonomik dəyişikliklər və sənaye dövrləri də işsizlik səviyyəsinə təsir edir. İstehsal sektorundakı dəyişikliklər, texnologiya inkişafı və digər faktorlar gənclərin iş tapmasında zərurət yarada bilər.

3. İş bazarında İncəsənət və Sosial Media İstifadəsi: 

Gənclər iş bazarına sosial media və incəsənət yolu ilə daxil olmağı üstünlük kimi görə bilirlər, lakin bu, iş axtarma prosesini mürəkkəb edə bilər və ənənəvi iş axtarma metodlarını əvəz edə bilər.

4. Gənclərin İş Təcrübəsi ilə Təmin Edilməsi: 

Bir çox ölkədə, gəncləri iş imkanları və təcrübəsi ilə təmin etmək və onları iş bazarına hazırlamaq məqsədi ilə proqramlar və təşkilatlar mövcuddur. Lakin bu proqramların effektivliyi və geniş yayılması ölkələrə görə fərqlilik təşkil edir.

Sosial şəbəkələrdə mövzuyla bağlı maraqlı şərhlərə rast gəlmək mümkündür. 

İstifadəçilərdən biri deyir:

"Səni işə götürmürlər ki, 30 yaşında qocasan, 60 yaşında da pensiya vermirlər ki, hələ cavansan".

Bu kimi hallarda çox savadlı, işində peşəkar gənclərin xarici ölkələrə üz tutmasına zəmin  yaradır. Çünki verilən ali təhsillə iş həyatında tələb edilənlər arasında çox açıq şəkildə görünən fərqlər mövcüddur. 

Universitet həyatı bizə biliklərin 90%-ni nəzəri şəkildə çatdırır, çox az qismi praktikaya əsaslanır. İş həyatı isə praktiki bacarıqlar, təcrübə, və s. kimi yüksək göstəriciləri tələb edir.

Belə qənaətə gəlmək olar ki, hər kim təkcə ali təhsil müəssisələrində verilən biliyə arxalanarsa, işsiz qalma ehtimalı yüksəkdir. 

Mütləqdir ki, əlavə kurslara, təcrübə proqramlarına ,şəxsi inkişafının yüksəlməsi üçün müəyyən layihələrə üz tutsun. 

Unutmayaq ki, bu cəmiyyətin müasir düşüncəyə sahib, ölkəmizin adını dünya arenasında səsləndirəcək və bizə miras qalan bu torpaqları layiqincə təmsil edəcək savadlı və yüksək potensiallı gənclərə çox ehtiyacı var.

Lalə Padarova
OXŞAR XƏBƏRLƏR