“Müasir tərbiyədə mədəni dəyərlərimizi yaşadaq!” layihəsi yekunlaşdı

“Müasir tərbiyədə mədəni dəyərlərimizi yaşadaq!” layihəsi yekunlaşdı
SOSİAL
17:11 12.12.2016
912
 
"Müasir tərbiyədə mədəni dəyərlərimizi yaşadaq!” layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdə layihə rəhbəri T. Miriyeva icra etdiyi layihənin məqsədi və donoru haqqında məlumat verərək yeniyetmələrə cəmiyyətdə düzgün davranış qaydalarına riayət etməli və mədəniyyətli olmağın vacibliyindən danışıb.

39 saylı tam orta məktəbin direktoru Bəxşeyiş Ələmşahov mədəni dəyərlərimizin təbliği və yaşadılmasında yeniyetmələrin rolunu qeyd edib. Direktor məktəblilərlə cəmiyyətdə və ailədə etik və düzgün davranış qaydalarına əməl etməyin əhəmiyyətindən danışıb.

Layihənin eksperti gənclər şəhəri olmaqla bərabər, həm də Azərbaycanın müxtəlif bölgələrindən olan insanların məskənləşdiyi Sumqayıt şəhərində etik normaları bilən mədəni gəncliyin yetişdiyinə inandığını və bunun üçün layihənin icra müddətində yeniyetmə və məktəblilər arasında aparılan ictimai davranış qaydaları haqqında məlumatlandırma işlərində öz töhfələrini verdiklərini bildirib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan layihənin yekun tədbirində iştirakçılarıa maarifləndirici bukletlər və dəftərxana ləvazimatları paylanılıb.
OXŞAR XƏBƏRLƏR