"İndi Şövkət xanıma qonşudur Arif müəllimim. Biz gələnəcən bir-birinizdən müğayat olun".
AZXEBER.COM xəbər verir ki, bunu Əməkdar artist Aybəniz Haşimova sosial media hesabında yazıb.
O, ustadını vəfatının 7-ci günündə bu sözlərlə xatırlayıb:
"7 gündür yoxsan, ustadım. Səni yoxluğunda daha da çox tanıyıram. İşığın hələ də bizimlədi, amma özün yoxsan, ustadım. Bu 7 gün – 7 il kimi uzun gəldi.
Dünyanın hər səsi, hər nəfəsi sanki sənsiz daha soyuq, daha mənasızdır. Təkcə sən qalmışdın– ürəyimizə sözlə, səslə, sənətlə toxunan. İndi susuram, çünki billur səslə oxumaq da sənə yaraşırdı.
Nə deyim sənə, dünya? Bülbül avazlı, təkrarsız, əvəzssiz Arif müəllimimi də aldın, apardın bizdən. İndi Şövkət xanıma qonşudur Arif müəllimimbiz gələnəcən bir-birinizdən muğayat olun!".
Aysel