Gəncədə xəstəxanaya müayinəyə gedən qadın ölüb.
Ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan xəstəxanaların birində baş verib.
Belə ki, MRT-yə gedən 1958-ci il təvəllüdlü Zenfira Cəfərovanın qəfil halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum olub.
Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gedibmiş. (qafqazinfo)











































