Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli şəxsi dünyasını dəyişib.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, məhkəmənin icra şöbəsinin rəisi Mübariz Abdullayev uzun sürən xəstəlikdən sonra martın 3-də günorta saatlarında vəfat edib.
Məlumata görə, mərhum ağciyər xərçəngindən əziyyət çəkib.
Qeyd edək ki, Mübariz Abdullayev bundan əvvəl Göyçay regional ədliyyə idarəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.










































