Mübariz İbrahimovdan bəhs edən türk serialının ssenari müəllifi danışdı - FOTOLAR

Mübariz İbrahimovdan bəhs edən türk serialının ssenari müəllifi danışdı - FOTOLAR
DÜNYA
17:04 28.03.2013
3216
“TRT 1”də yayımlanan “Sakarya-Fırat” serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlıq hekayəsinə yer veilməsi bu gün Azərbaycanda yazılı və sosial mediada ən çox müzakirə olunan mövzulardan biri olub. Serialın martın 27-də yayımlanan bölümündə Mübariz İbrahimovun kimliyindən, necə şəhid olmasından bəhs edilib və “Mübarizi unutmayın” çağırışı əksini tapıb. Eyni zamanda serialın sözügedən bölümünün sonunda Mübariz İbrahimovun fotosu Türk şəhidlərinin fotolarının asıldığı lövhəyə yapışdırılıb.Bu xoş jestin müəllifi, “Sakarya-Fırat” serialının ssenari müəllifi Süleyman Çobanoğlu “TRT Azərbaycan” saytının suallarını cavablandırıb.- Necə oldu ki, serialda Mübariz İbrahimovdan bəhs etmək fikrinə gəldiniz?- Mən Mübariz İbrahimovun hekayəsini mətbuatdan oxumuşdum. Türkiyə mətbuatında yer alan xəbərlər haqqında oxuduqdan sonra bütün hekayəni araşdırdım və Mübarizə heyran oldum. Elə o vaxtdan da bu qəhrəmanlıq hekayəsinə ssenaridə yer verməyi düşünürdüm. Bilirsiniz, “Sakarya-Fırat”ın mövzusu da vətənpərvərlik, qəhrəmanlıqdır. Ssenaridə yeri gəlincə, atmosfer yaranınca, Mübarizin hekayəsini də işləmək qərarına gəldim. Bu vasitəylə Mübarizi də yad etmiş olduq. Buna görə çox xoşbəxtəm. Şəhidlərimiz unudulmamalıdır. Yeddi nəsil sonraya bu hekayələr çatdırılmalıdır.- Siz bu təklifi edincə, serial rejissorunun, prodüserinin reaksiyası necə oldu?- Biz Osman bəylə (serialın rejissoru Osman Sınav) zaman-zaman Mübariz İbrahimovun hekayəsi ilə bağlı danışırdıq. Bu qərarı da hamımızın razılığıyla qəbul etdik. Hər kəs də məmnun oldu. Çünki həm hekayə serialın ruhuna çox uyğundur, həm də Mübariz İbrahimovun fövqəladə şəxsiyyəti, mübarizəsi bizim hamımızda heyranlıq doğurmuşdu. Reaksiyalardan TRT rəhbərliyinin də, türk ictimaiyyətinin də bu jestdən məmnun olduğunu gördük.- Mübariz İbrahimovun hekayəsində ən çox diqqətinizi çəkən nə idi?- Onun özünü həsr etməsi, fədakarlığı. Hər hansı bir mənafe güdmədən, böyük bir fədakarlıqla mübarizə aparması, həqiqi qəhrəman olması. Bu cür qəhrəmanlıqlar, fədakarlıqlar unudulmamalıdır. Bu cür hekayələr yaşadılmalı, gələcək nəsillərə çatdırılmalıdır. Qəhrəmanları xalq yaşadır. Dünyanın hər yerində qəhrəmanlar bu cür hekayələrlə yaşadılır, yadda qalır. Biz də bu səbəbdən Mübariz İbrahimovun timsalında Azərbaycan türklərinin mübarizəsinə diqqət çəkmək istədik.- Azərbaycandan reaksiyalar gəldimi?- Mən hər seriyadan sonra sosial mediada serialla bağlı nə yazıldığına, nə deyildiyinə baxıram. Bu gün də sosial mediaya göz gəzdirincə, canlı bir atmosfer gördüm. Azərbaycanlı qardaşlarımız sağ olsunlar, ürəkdən dəstək və minnətdarlıq hisslərini bölüşürlər. Biz “Sakarya-Fırat” serialında zaman-zaman Kərkük, Kıbrıs, Bosniya, Doğu Türküstan məsələlərinə diqqət çəkirik. Mübariz İbrahimovun hekayəsinə yer verməyimiz də cəmiyyətdə bizim yaxın coğrafiyamızda, qardaş ölkədə yaşananlarla və bu cür qəhrəmanlarla bağlı şüur yaranmasına xidmət etmək istəyimizdən irəli gəlir.//anspress
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü