Mübariz İbrahimovun adını daşıyan snayper ordumuza veriləcək

Mübariz İbrahimovun adını daşıyan snayper ordumuza veriləcək
Bütün Xəbərlər
11:48 17.12.2013
2289

Milli qəhrəmanın adını daşıyan “Mübariz” snayper tüfəngi yaxın günlərdə silahlanmaya qəbul olunacaq.

AZXEBER.COM xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalovjurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi (MSN) mütəxəssisləri tərəfindən yaradılmış 12,7 millimetr çaplı “Mübariz” snayper tüfənginin yaxın günlərdə silahlanmaya qəbulu gözlənilir.Nazirin sözlərinə görə, silah üzərində təkmilləşmələr yekunlaşıb.Qeyd edək ki, silaha Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun adı verilib. “Mübariz” “İstiqlal” antimaterial snayper tüfəngi ailəsindəndir. Tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb.

OXŞAR XƏBƏRLƏR