Mübariz İbrahimovun ailəsi onu təhqir edən psixoloqu məhkəməyə verəcəkmi? - Qardaşı danışdı

Mübariz İbrahimovun ailəsi onu təhqir edən psixoloqu məhkəməyə verəcəkmi? - Qardaşı danışdı
SOSİAL
14:35 17.12.2018
4836
Xəbər verdiyimiz kimi, psixoloq Nərmin Şahmarzadə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edib. O, sosial şəbəkədəki statusunda Mübariz İbrahimovu "cinayətkar və qatil” adlandırıb: "Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar. Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi.

Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”. 

Psixoloqun bu fikri sosial şəbəkələrdə ciddi müzakirə yaradıb. Sosial şəbəkə istifadəçiləri arasında Mili Qəhrəman barəsində bu cür fikirlər səsləndirən şəxsin cəzalandırılmasını tələb edənlər də az deyil. Hazırda bir çoxlarını Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinin bu məsələdə hansı mövqeyi tutacağı və psixoloqu səsləndirdiyi fikirlərə görə məhkəməyə verib verməməyi maraqlandırır?

AZXEBER.COM xəbər verur ki, bununla bağlı BiG.AZ-a açıqlama verən Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov bildirib ki, psixoloqun qardaşı barəsində səsləndirdiyi fikirlərə görə məhkəməyə verilməsi qərarını atası Ağakərim İbrahimov verəcək: "Atam ilk gündən bildirib ki, Mübariz mənim oğlum idi, amma artıq bütün Azərbaycanın övladıdır. Onun haqqında səsləndirilən fikirlərə tək biz deyil, hər bir azərbaycanlı münasibət bildirməlidir. Düzdür, kiminsə belə bir məcburiyyəti yoxdur. Əlbəttə, bu könüllü və şəxsi istəyə bağlı bir şeydir. Mənim qardaşım gedib ermənini öldürəndə heç bir Azərbaycan vətəndaşına minnət qoymayıb. Kimsəyə də bu barədə məlumat verməyib. Sadacə öz valideynlərindən halallıq alıb. Əgər belə bir şey olsaydı kiminsə bizim ailəyə minnət qoymağa haqqı olardı. Allah elə etdi ki, burada minnətə yer qalmadı”.
OXŞAR XƏBƏRLƏR