Mübariz İbrahimovun məzarı ziyarət edildi

Mübariz İbrahimovun məzarı ziyarət edildi
Bütün Xəbərlər
15:46 07.11.2014
1132
Bakı Ali Neft Məktəbinin tələbələri Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib.Bu gün Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid olan Mübariz İbrahimovun və Fərid Əhmədovun II Şəhidlər Xiyabanında dəfn olunmasından 4 il ötür.AZXEBER.COM-un məlumatına görə, bununla əlaqədar Bakı Ali Neft Məktəbinin tələbələri II Şəhidlər Xiyabanında Milli Qəhrəman Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun qəbrini ziyarət edib və məzarları üstünə gül dəstələri qoyublar.Onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
OXŞAR XƏBƏRLƏR