Mübariz Mənsimov barəsində həbs qərarı çıxarıldı - Məhkəmə qərarı

Mübariz Mənsimov barəsində həbs qərarı çıxarıldı - Məhkəmə qərarı
SOSİAL
10:03 17.03.2020
7790
Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov həbs edilib.

AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov və meneceri Nuray Peker dünən axşam saatlarında İstanbul Ədliyyə Məhkəməsində hakim qarşısına çıxarılıb.

FETÖ istintaqı çərçivəsində saxlanılan iş adamı barəsində həbs qərarı çıxarılıb.

Qeyd edək ki, iş adamı Mübariz Mənsimov bir neçə gün öncə İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılmışdı.

OXŞAR XƏBƏRLƏR