AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl "Palmali” şirkətlər qrupu tərəfindən açılışı edilən və ilk səfərinə çıxan, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin adı verilən gəmi Türkiyənin Zeytinburnu sahillərində hələlik bilinməyən səbəbdən Liberiya bayrağı altında üzən "Doric Warrior” gəmisi ilə toqquşub.
Qəzaya sahil mühafizə xidməti və sahil təhlükəsizlik xidməti müdaxilə edib.
Qəza nəticəsində ölən və yaralanan olmasa da, gəmilərə ciddi ziyan dəydiyi məlum olub. İki gəminin toqquşması nəticəsində "Məmməd Əmin Rəsulzadə” gəmisinin kapitanı "batırıq” deyə yardım çağırışı edib.
"Palmali Group” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov hadisəylə bağlı video yayıb.
Həmin görüntüləri təqdim edirik: