Mübariz Mənsimovun adamları jurnalisti hədələyir - Fotolar

SOSİAL
12:58 24.09.2020
397
Bir neçə gün əvvəl Yenisabah.az-da "Mübariz Mənsimovun gizli əlaqələri üzə çıxdı: İlk görüş barda baş tutub” başlıqlı məqalə yayımlanıb. Həmin material Jurnalistlərin beynəlxalq korrupsiya və kriminal araşdırma qrupu olan OCCRP (Organized Crime and Corruption Reporting Project) ABŞ-da Donald Trampın prezident seçilməsi və ona kimlərin dəstək verməsi ilə araşdırmanın nəticəsi olaraq hazırlanıb. Yazı Azərbaycan dilinə Report İnformasiya Agentliyi tərəfindən tərcümə olunub və "Yeni Sabah”da həmin agentliyə istinad edilərək yayımlanıb. (Yazı bu LİNKDƏ).

Yazının dərcindən bir gün sonra "Yeni Sabah”a və saytın baş direktoru Elnur Məmmədliyə qarşı M. Mənsimovun adamları tərəfindən hücumlar başlayıb. Bu hücumların, təhqir və hədələrin total şəkil alması kampaniyanın "Palmali” rəhbərliyi tərəfindən idarə olunması ehtimalını yaradır. Bildirək ki, sözügedən material ölkənin əksər media orqanlarında yayılıb və "Yeni Sabah”ın xüsusi olaraq hədəf seçilməsi suallar yaradır.

Kampaniya isə ondan ibarətdir ki, M.Mənsimova yaxın olan bir qrup insan E. Məmmədlinin fotosuna təhqiramiz ifadələr və hədələr yazaraq sosial şəbəkələrdə paylaşır. Hətta bunların bəzilərində cinayətə çağırışlar da var ki, bunları görməzdən gəlmək mümkün deyil. Kampaniyanı aparanların demək olar ki, hamısı Mənsimovun fotosunu profil şəkili ediblər. Başqa sözlə, onun fotosunun arxasında gizlənərək hədələr və təhqirlər yağdırırlar. Bunu onlarla paylaşımın "screen" fotoları ilə sübut etmək mümkündür və bəzilərini oxuculara təqdim edəcəyik.

Məsələ ilə bağlı E. Məmmədli bildirib ki, həmin hədələr və təhqirlər haqda hüquq-mühafizə orqanlarına müraciət ediləcək: 

"Təbii ki, onların kim olduqlarını müəyyən etmək o qədər də çətin deyil. Azərbaycan hüquqi dövlətdir. Cinayətə çağırış, hədə hüquqi məsuliyyət yaradır. Bizim Mübariz Mənsimova qarşı qərəzimiz yoxdur. Məhkəmə proseslərini işıqlandırırıq. Lakin bu bir reallıqdır ki, son vaxtlar yayılan xəbərlərin heç biri onun xeyrinə deyil. Hətta məhkəmə iclasında özünün verdiyi ifadə belə əleyhinə işləyirdi. Bu baxımdan hansısa bir qrupu tərbiyəsizliklə silahlandırmağa ehtiyac yoxdur. Özü Türkiyə hüququnun ədalətinə inandığını dəfələrlə vurğulayıb. Belə olan halda çirkin kampaniyanı dayandırıb məhkəmənin qərarını gözləməlidir”.
 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

09:51 23.10.2020

İslam aləminin ən böyük alimlərindən biri maşınına bomba qoyularaq qətlə yetirildi

09:42 23.10.2020

“Meşə sahəmizin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir”

09:36 23.10.2020

Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı

09:25 23.10.2020

Bakıda 2 gün dezinfeksiya işləri aparılacaq

09:10 23.10.2020

Ermənistan ordusunda növbəti biabırçılıq - VİDEO

08:39 23.10.2020

Erməni hərbçiləri fərarilik edərək mövqeləri tərk edirlər

08:38 23.10.2020

Füzuli, Cəbrayıl və Qubadlıda vacib ərazi və yüksəkliklər ələ keçirilib - RƏSMİ

08:24 23.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

23:59 22.10.2020

Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışıb

23:48 22.10.2020

"Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür"

23:26 22.10.2020

"Makkabi" - "Qarabağ" matçında hesab açıldı

23:19 22.10.2020

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik orduya gedib çıxsın - Səhiyyə Nazirliyi

22:58 22.10.2020

"Makkabi" və "Qarabağ"ın start heyətləri açıqlandı

22:48 22.10.2020

Türkiyənin Baş Ombudsmanı: "Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir"

22:39 22.10.2020

Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu

22:18 22.10.2020

Əsgər Daniel Zarmayilov: “Vətən uğrunda son damla qanıma qədər döyüşəcəm”