Xəbər verdiyimiz kimi, "Palmalı Şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov FETÖ ilə bağlı araşdırmalar nəticəsində həbs edilib.
AZXEBER.COM xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, M. Mənsimov haqqında Baş Prokurorluqda açılan FETÖ araşdırması çərçivəsində həbs qərarı verilib və o öz ofisində göz altına alınıb. O, həmçinin casusluqda ittiham edilir.
Hazırda ofisində yoxlama aparılır.