“Mübariz” postunun alınmasında iştirak edən xüsusi təyinatlımız - VİDEO

“Mübariz” postunun alınmasında iştirak edən xüsusi təyinatlımız - VİDEO
SOSİAL
13:59 07.11.2020
1100
"Azərbaycan əsgəri olmaq bir addım öndə olmaq deməkdir”.

Bunu "Report”un Cənub Mərkəzinə açıqlamasında Vətən müharibəsi qazisi, xüsusi təyinatlı hərbiçimiz Elmar İbrahimov deyib.

Onun sözlərinə görə, illərdir işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün gecə-gündüz hazırlaşıb, təlimlər keçiblər: "Nəhayət o gün gəldi. Tapşırıq verildi ki, alınmalıdır!”

Qazinin atası Sücaət İbrahimov bildirib ki, uşaqlıqdan Elmar məktəbdə və idmanda uğurlar əldə edib, hər zaman onunla fəxr edib.

Qeyd edək ki, işğal altında olan torpaqlarımızın azad olunması yolunda igidliklə vuruşan oğullarımız şanlı tarix yazır. Canları, qanları ilə. Analar oğullarını Vətənə qurban verir. Bu ailənin də iki şəhidi var. Valideynlər oğullarının şəhid olması, yaxud yaralanmasına yox, səngər yoldaşlarından tez ayrılmalarına heyfslənirlər.

Xatırladaq ki, Elmar İbrahimov 1997-ci ildə Lənkəran rayonunun Darquba kəndində dünyaya gəlib. Yeniyetməlik yaşlarından idmanla məşğul olan Elmar bir sıra respublika yarışlarının qalibi olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. 2014-2017-ci illərdə Rusiya Federasiyasında keçirilən Qaydasız döyüş idman növü üzrə Avropa 3-sü olub. Peşəkar idmanla məşğul olan Elmar III kursda təhsilini yarıda qoyub ordu sıralarına gedib. Goranboy rayonundakı N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edib. Xidmətini başa vurandan az sonra yenidən müddətdən artıq hərbi xidmətə yazılıb. Çətin sınaqlardan keçərək xüsusi təyinatlılar taboruna qəbul olunub. Erməni hərbi birləşmələrinin ölkəmizə qarşı hərbi təcavüzünə qarşı başlanan əks hücum əməliyyatlarında fəal iştirak edib. Murovdağ zirvəsinə üçrəngli bayrağımızı taxan taborun qəhrəmanlarından biri olub. Ardınca "Qisas” postu, "Mübariz” postu, Suqovuşan və daha 20 erməni postunun alınmasında iştirak edib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:45 11.07.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR