Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 21-də Masallı rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul Masallı şəhəri Heydər Əliyev Mərkəzində (Qarabağ küçəsi, 17) saat 11:00-da keçiriləcək. Qəbulda Masallı, Cəlilabad, Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Miryəhya Bədirov
Mob: (050) 319-33-93
Telefon: (02521) 5-51-59
e-mail: [email protected]