Müctəba Xamenei İsmayıl Xətibin ölümü ilə əlaqədar başsağlığı verib

Müctəba Xamenei İsmayıl Xətibin ölümü ilə əlaqədar başsağlığı verib
DÜNYA
12:20 20.03.2026
145
İranın yeni ali lideri Müctəba Xamenei ölkənin kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətibin ölümü ilə əlaqədar başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Kəşfiyyat naziri və təcrübəli müharibə veteranı İsmayıl Xətibin ölümü ilə əlaqədar başsağlığı verirəm", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
 
"Report"
OXŞAR XƏBƏRLƏR