Müctəba Xameneinin müraciəti yayıldı - Yeni əmrlərinin DETALLARI

Müctəba Xameneinin müraciəti yayıldı - Yeni əmrlərinin DETALLARI
DÜNYA
22:21 28.08.2026
153
Xamenei rejimin özünün əsas sütunu hesab etdiyi dəyərləri nəyin bahasına olursa-olsun qorumağı tələb edərək İran rəsmilərinə yeni əmr verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "cursorinfo.co.il” portalı məlumat yayıb. 

Nəşrin məlumatında qeyd olunub ki, İranın Ali rəhbəri Müctəba Xamenei rejim nümayəndələrindən ölkənin zəif tərəfləri barədə açıq bəyanatlar verməkdən qaçmağı və daxili ixtilafları gücləndirə biləcək ritorikanın qarşısını almağı tələb edib.

Xameneinin sözlərinə görə, İranın sosial birliyinə zərər vuran hər bir addım yolverilməz hesab edilməlidir. Məmurlara öz bəyanatlarına daha diqqətlə yanaşmaq və cəmiyyət daxilində süni parçalanma xətləri yaratmamaq tapşırılıb.

İran lideri rəsmilərin ölkədəki mövcud vəziyyət barədə danışıq tərzinə xüsusi diqqət yetirib. O, hökuməti İranın gücünü və dayanıqlılığını nümayiş etdirməyə çağırıb. Onun fikrincə, zəif tərəflərin qabardılması rejimin düşmənlərinə kömək edə bilər.

Bununla yanaşı, Xamenei mövcud problemlərin konkret siyasət və fəaliyyətlər vasitəsilə həll edilməli olduğunu bildirib. Beləliklə, məmurlara dövlətin zəif nöqtələrini nümayiş etdirmədən, eyni zamanda onların aradan qaldırılması ilə məşğul olmaq təklif edilib.
OXŞAR XƏBƏRLƏR