Zakir Həsənov Azərbaycan komandolarının döyüş hazırlığı ilə bağlı göstərişlər verdi

Zakir Həsənov Azərbaycan komandolarının döyüş hazırlığı ilə bağlı göstərişlər verdi
SİYASƏT
14:38 09.07.2022
742
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun komandolarının döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə göstərişlər verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazir tapşırıqlarını Xocavənddə yeni istifadəyə verilən qərargah binasında komandir heyəti və qərargah zabitlərinin iştirakı ilə keçirilən müşavirədə çatdırıb.

Müşavirədə yeni yaradılan Əməliyyat (Komando) hərbi hissələrinin fəaliyyətinə dair məruzələr dinlənilib.

Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlığın, həmçinin nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR