Müdafiə naziri: Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri qarşımızda yeni tapşırıqlar qoyur

SİYASƏT
13:09 12.10.2019
6269

Oktyabrın 12-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də, videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə çıxış edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi "Qarabağ - tarixi, əzəli Azərbaycan torpağıdır.

Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi ilə qarşılandığını və ordumuz qarşısında yeni tapşırıqlar qoyduğunu xüsusi vurğulayıb.

Nazir bildirib ki, bu tapşırıqlar Azərbaycan Ordusunun, xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin artırılması, onların daha müasir, güclü silah və hərbi texnika ilə təchizatı, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad olunmasına yönəlmiş təlim və tədbirlərin gücləndirilmiş qaydada keçirilməsi və bu istiqamətdə bir sıra digər mühüm məsələlərin həll edilməsindən ibarətdir.

Son dövrdə cəbhə xəttində yaranmış əməliyyat şəraitini təhlil edən Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal olunmuş ərazilərdə mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis-istehkam işlərinin aparılması cəhdlərinin, eyni zamanda düşmənin snayper və pilotsuz uçuş aparatlarının fəaliyyətinin sərt şəkildə qarşısının alınması məqsədilə adekvat tədbirlərin görülməsini əmr edib.

Müdafiə naziri bütün hərbi hissə və bölmələrdə silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi prosesinin lazımi səviyyədə aparılması və vaxtında yekunlaşdırılması, dağlıq ərazidə yerləşən bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət yetirilməsi, həmçinin hərbi xidmətə çağırılmış gənc əsgərlərin qəbulunun mütəşəkkil qaydada həyata keçirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

Müdafiə naziri döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlimlərin, praktiki məşğələlərin, çöl çıxışlarının səmərəliliyinin daha da artırılmasına diqqəti yönəldib. Nazir çətin və dağlıq şəraitdə yerləşən döyüş mövqelərinə aparan yolların təmir edilməsi, eləcə də yeni yolların salınması sahəsində həyata keçirilən işləri yüksək qiymətləndirərək bunların davam etdirilməsinin vacibliyini qeyd edib.

Müşavirənin sonunda Müdafiə naziri oktyabr ayınının axırlarında Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının yüksək səviyyədə təşkil edilməsi məqsədilə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.


 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:05 04.06.2020

“Şuşa azad olunsa, ora hətta piyada da qayıtmağa hazıram” - HƏR KƏSİ KÖVRƏLDƏN VİDEO

20:05 04.06.2020

Bakıdakı Dünya Kubokunun vaxtı açıqlandı - RƏSMİ

19:52 04.06.2020

"Qaçqınkom" cinayət işi ilə bağlı məsələyə aydınlıq gətirdi

19:35 04.06.2020

DSX: “Keşikçidağ”da təxribat xarakterli hadisə qeydə alınmayıb

19:26 04.06.2020

Prezident bu qanuna dəyişiklik etdi

19:11 04.06.2020

Qonşu dövlətdə COVID-19-a qarşı peyvəndin sınaqları başlayır – VİDEO

18:57 04.06.2020

Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA

18:49 04.06.2020

"Bir ana, bir azərbaycanlı və Milli Məclisin Sədri olaraq xahiş edirəm..." - Sahibə Qafarova

18:42 04.06.2020

ÜST: Azərbaycan bütün hallarda digər ölkələr üçün nümunədir

18:41 04.06.2020

Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ

18:28 04.06.2020

Masallıdan Bakıya avtomobilin yük yerində gələn şəxs saxlanıldı

18:23 04.06.2020

Bu gündən Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı

18:20 04.06.2020

ÜST rəsmisi Azərbaycanda yoluxmanın artmasının səbəbini açıqladı

18:08 04.06.2020

Daxili və xarici uçuşların bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA

17:49 04.06.2020

TƏBİB sədri özəl qurumlara müraciət etdi: İşçiləri 14:00-da buraxın!

17:47 04.06.2020

Başqa xəstəliklərdən ölənlərə pulla koronavirus arayışı verilir? OPERATİV QƏRARGAHDAN CAVAB