Azərbaycan sərhəddə PUA-dan istifadə edib? - RƏSMİ

Azərbaycan sərhəddə PUA-dan istifadə edib? - RƏSMİ
SİYASƏT
15:03 04.08.2021
1341
Azərbaycan ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısının alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır. 

Müdafiə Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
OXŞAR XƏBƏRLƏR