Müdafiə Nazirliyi: “Ermənilərin ərazilərimizi tərk etmə prosesi tam detalına kimi izlənilir”

Müdafiə Nazirliyi: “Ermənilərin ərazilərimizi tərk etmə prosesi tam detalına kimi izlənilir”
SOSİAL
15:30 15.11.2020
1135
"Əfsuslar olsun ki, erməni işğalçıları əraziləri tərk edərkən yanğın törədir, öz postlarını dağıdır”.

AZXEBER.COM-un verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

"Bu, onların əsl iç üzünü göstərir. Biz, sadəcə, bu proseslərə nəzarət edirik, monitorinq edirik. Bu barədə yeni videolar əldə olunan zaman ictimayyətə çatdırılacaq”, - deyə o qeyd edib.

H.Mahmudov əlavə edib ki, bu proses tam detalına kimi izlənilir.
OXŞAR XƏBƏRLƏR