Müdafiə Nazirliyi: “Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək”

Müdafiə Nazirliyi: “Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək”
SOSİAL
13:26 31.07.2020
770
"Ermənistan silahlı qüvvələrinin mərkəzi tabelikdə olan, eləcə də birinci eşelonda yerləşən hərbi hissələrinin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi və onların qəfil yoxlanılmasının səbəbi ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərinin Ermənistan hakimiyyətində yaratdığı xof və qorxudur”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanın dünən Balakəndə söylədiyi "Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır… Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!” fikirlərini əsas tutan Azərbaycan Ordusunun şəxsi heyəti qarşıda duran bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün peşəkarlığını və döyüş qabiliyyətini gündəlik məşqlər və təlimlərdə daim artırır.

"Ordumuzun döyüş qabiliyyəti və hərbi potensialı döyüş meydanında düşmən üzərində üstünlüyümüzü təmin edəcək ən əsas göstəricidir. Əgər Ermənistan tərəfi çirkin niyyətlərinə nail olmaq üçün yenidən təxribatlara əl atarsa, Azərbaycan Ordusu onların cavabını layiqincə verəcək”, - deyə nazirlikdən bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
10:46 19.03.2026
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
10:41 19.03.2026
Bu şəxslərin əməkhaqqı sistemində böyük islahat: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
10:30 19.03.2026
AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
10:27 19.03.2026
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
10:23 19.03.2026
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanıldı
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
10:18 19.03.2026
“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
Ali məktəblərdə təhsil haqları artacaq
10:16 19.03.2026
Ali məktəblərdə təhsil haqları artacaq
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
10:13 19.03.2026
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
10:00 19.03.2026
Çöldə bahar, “İrşad”da isə Yaşıl Cümə havası var!
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
09:51 19.03.2026
"İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik" - Nazir
FHN gücləndirilmiş rejimdə çalışacaq
09:48 19.03.2026
FHN gücləndirilmiş rejimdə çalışacaq
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
09:25 19.03.2026
Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
09:11 19.03.2026
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:46 19.03.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
05:27 19.03.2026
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?
03:42 19.03.2026
ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?