Müdafiə Nazirliyi əsirləri dəyişmək təklifinə münasibət bildirdi
SİYASƏT
13:58 17.08.2013
1825
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin azərbaycanlı əsir Firuz Fərəcovu erməni əsir Akop İnciqulyanla dəyişməyə hazır olmasına münasibət bildirib.Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, Ermənistanın Müdafiə Nazirliyinin müraciəti barədə məlumatlıdırlar: “Firuz Fərəcov bir ildən çoxdur əsirlikdədir və erməni mətbuatının ondan dəfələrlə götürdüyü müsahibəyə əsaslanaraq deyə bilərik ki, həmişə də təlimata uyğun olaraq üçüncü ölkəyə getmək arzusunda olduğunu bildirib. İndi nə dəyişdi ki, birdən birə belə fikrə düşdü? Burada dərk edilməsi çətin olan bir şey yoxdur.