Müdafiə Nazirliyi Gəncədə eşidilən partlayış səsinin səbəbini - AÇIQLADI

Müdafiə Nazirliyi Gəncədə eşidilən partlayış səsinin səbəbini - AÇIQLADI
SOSİAL
15:23 13.10.2021
477

"Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir".

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.

OXŞAR XƏBƏRLƏR