Müdafiə Nazirliyi: Helikopter vurulan istiqamətdə ərazi Silahlı Qüvvələrimizin nəzarətindədir

Müdafiə Nazirliyi: Helikopter vurulan istiqamətdə ərazi Silahlı Qüvvələrimizin nəzarətindədir
SİYASƏT
09:55 24.11.2014
1050

“Ermənistanın hərbi-siyasi rejiminin helikopter hadisəsi ətrafında bir neçə gündür qaldırdığı ajiotaj elə bir həddə çatıb ki, artıq düşmən tərəfi xalqı sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün davamlı surətdə dezinformasiyaya əl atır, faktları qarışdırır və yalan yaymaqla hərəkətlərinə bəraət qazandırmağa çalışır”.

Bunu Ermənistanın son günlər apardığı informasiya təxribatı ilə bağlı suala cavab olaraq Müdafiə Nazirliyinin  mətbuat xidmətindən bildiriblər.Müdafiə Nazirliyi bir daha qeyd edib ki, vurulan Mi-24 döyüş helikopterinin və pilotlardan ikisinin qalıqlarının, o cümlədən birinin cəsədinin ərazidən çıxarılması üçün guya Ermənistan tərəfinin hansısa xüsusi əməliyyat keçirməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur: “Bu uydurmadır və erməni xalqının diqqətini yayındırmaq məqsədi güdür. Tam əksinə, düşmən tərəfi son günlər Mi-24 döyüş helikopterinin vurulduğu ərazidə təxribat törətməklə gərginliyi saxlamağa və bu məsələyə bəzi beynəlxalq təşkilatları da cəlb etməyə cəhd göstərir. Azərbaycan tərəfi ilk gündən helikopterin qalıqlarının və ekipaj üzvlərinin cəsədlərinin ələ keçirilməsi və ya hər hansı başqa məqsədlə bu istiqamətdə heç bir addım atmayıb. Bildiririk ki, düşmən tərəfinin bu ərazidə “xüsusi əməliyyat keçirməsi” kimi absurd, uydurma və əsassız fikirləri qətiyyətlə rədd edir, həmin istiqamətdə ərazinin tam olaraq Silahlı Qüvvələrimizin nəzarətində olduğunu bəyan edirik”.//APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı
12:21 13.03.2026
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı