Müdafiə Nazirliyi İcra Hakimiyyətini məhkəməyə verdi

SİYASƏT
12:03 09.09.2015
2189

Azərbaycan Müdafiə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

APA-nın məlumatına görə, nazirlik icra hakimiyyəti tərəfindən verilən sərəncamın, orderin, qeydiyyat vəsiqəsinin etibarsız sayılması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.

Həmin qərardan nazirlik apelyasiya şikayəti verib.

Hazırda Bakı Apelyasiya Məhkəməsində şikayətə baxılır.

OXŞAR XƏBƏRLƏR